FAQ

ƏMDK-da necə könüllü olmaq olar?

ƏMDK-da könüllü olmaq üçün ilk növbədə elektron və ya birbaşa müraciət edilməlidir. Elektron qaydada müraciət üçün CV-nizi  office@emdk.gov.az elektron ünvanına göndərə və ya “Könüllü ol” bölməsindəki müraciət anketini doldura bilərsiniz. Birbaşa müraciət üçün isə CV formasını ƏMDK-nın inzibati binasına və ya  yerli qurumlarına təqdim etmək olar.

 

ƏMDK-da könüllü olmaq gənclər, tələbə və məzunlar üçün hansı imkanları yaradır?

ƏMDK-da könüllülük-gənclər, tələbə və məzunlara öz bilik və bacarıqlarını artırmaq, fəaliyyət göstərdiyi sahələrdə təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək və öz ixtisaslarına uyğun kadr kimi formalaşmalarında onlara geniş imkanlar yaradan bir fəaliyyətdir.

 

Könüllü fəaliyyəti  müddətində əmək haqqı alırmı?

 “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllü fəaliyyət  Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

 

ƏMDK-da könüllü olmaq üçün müraciət etmək istəyən şəxslərlə bağlı tələblər hansılardır ?

ƏMDK-da könüllü fəaliyyətlə bağlı 18-30 yaş arası, ali təhsilli şəxslər müraciət edə bilər

 

ƏMDK-da könüllü fəaliyyətin müddəti nə qədərdir?

ƏMDK-da könüllü fəaliyyətin müddəti 2-3 aydır.

 

Respublikamızın digər şəhər və rayonlarında ƏMDK könüllülərinə qoşulmaq olarmı?

Yuxarıda göstərilən qaydada respublikanın bütün şəhər və rayonlarında ƏMDK-nın könüllüləri sıralarına qoşula və ƏMDK-nın müvafiq yerli qurumlarında könüllü fəaliyyət göstərə bilərsiniz.

 

ƏMDK tərəfindən könüllülərin  bilik və bacarıqlarının artırılması məqsədilə hansı tədbirlər görülür?

Könüllülərin fəaliyyətləri müddətində nəzəri biliklərinin artırılması məqsədilə mütəmadi olaraq onlara fəaliyyət sahələrinə uyğun normativ hüquqi aktlardan və elmi ədəbiyyatlardan təlimlər keçirilir. Həmçinin hər bir könüllünün fəaliyyətini kurator istiqamətləndirir, fəaliyyət sahələrinə uyğun təcrübələr əldə edirlər.