Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 02–04 aprel 2020-ci il tarixlərində Bakı şəhərində “Milli Məkan Məlumatları İnfrastrukturu: rəqəmsal cəmiyyətə doğru” mövzusunda beynəlxalq konfransın təşkili ilə bağlı müvafiq mal, iş və xidmətlərin satın alınması üzrə 3 (üç) lotdan ibarət açıq tender elan edir.

Açıq tenderin predmeti aşağıdakı lotlar üzrə göstərilən işlərin satınalınmasıdır: 

  • I lot – Konfransın təşkili, konfrans iştirakçılarına hədiyyələrin alınması, çap məhsullarının hazırlanması;
  •  II lot – Azərbaycan, ingilis və rus dillərinə və əksinə sinxron tərcümənin təşkili, tədbir materiallarının yazılı tərcüməsi, tədbirin tərcümə, audio və vizual avadanlıqlarla təchizatı, ölkədaxili nəqliyyatın təşkili, video və fotoçəkilişlərin aparılmasının təşkili;
  • III lot  –  Konfransda iştirak edəcək nümayəndələrin hoteldə qonaqlama və qidalanmasının təşkili. 

Açıq tenderdə müvafiq işlərin yerinə yetirilməsi sahələrində ixtisaslaşan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına elektron imzaları ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. 

Tenderin bir lotu üçün iştirak haqqı 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Tenderin hər hansı lotunda iştirak etmək istəyənlər həmin lot üçün 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Tenderin həmin lotunun Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər:

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi

Bank kodu:  210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. bik: CTREAZ22

Alan

Əmlak Məsələləri Dövlət Komitəsi

VÖEN: 2000015631

H/H- AZ84CTRE00000000000002647970

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142340

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
  4. Tender təklifi dəyərinin 1 (bir) % həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı).
  8. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvanı və bank rekvizitləri.
  9. Müvafiq lot üzrə tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə).
  10. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
  11. Müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat.
  12. Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər.

      İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən sənədləri (məlumatları) təqdim etməlidirlər.

      Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

      Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə verilir.

      Tender lotunun predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 10 (on) bank günü müddətində icra olunmalıdır.

      Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • iddiaçının bu sahədəki iş təcrübəsi;
  • iddiaçının görüləcək işlərin təşkilinə dair təklifləri;
  • görüləcək işlərin dəyəri.

İddiaçılar öz təkliflərini Əsas Şərtlər Toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 4 mart 2020-ci il tarixinə qədər (saat 17.00-dək), tender təklifini və təklifin bank təminatını isə 13 mart 2019-cu il tarixinə qədər (saat 17.00-dək) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 16 mart 2020-cu il tarixində (saat 11.00-da) açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınalmalarının vahid internet portalında tanış ola bilərlər. 

Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: Tural Qurbanov – Tender Komissiyasının üzvü, Komitənin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi (tel.: 4902408, dax. 322; faks: 4903359; elektron poçt ünvanı: tqurbanov@emdk.gov.az).

Qeyd. Tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün proseduralar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.       

Tender Komissiyası