Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2002-ci il 25 oktyabr tarixli, 376-II QD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarına müvafiq dəyişikliklər edilsin:
 

  1. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 606; 2002-ci il, № 4, II kitab, maddə 189; № 10, maddə 592) 13.2-ci bəndinin ikinci abzasında «və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi ilə» sözləri «müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi məqsədi ilə» sözləri ilə əvəz edilsin.
  2. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları»nın (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 10, maddə 640) 9-cu bəndində «və müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması üçün» sözləri «müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi məqsədi ilə» sözləri ilə əvəz edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
  4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 964