Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri barədə

QƏRAR № 1

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması  və  tətbiqi  üzərində dövlət nəzarətinin təmin  edilməsi   Qaydaları”na  və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “10” noyabr 2010-cu il  tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən göstərilən kadastr xidmətlərin tarifləri aşağıdakı kimi təsdiq edilsin:
 

Sıra 
№-si

Xidmətlərin adı

Tariflər
(ƏDV ilə)

1

2

3

1.

Daşınmaz əmlak barədə rastr, vektor məlumatların CİS məlumat bazasına daxil edilməsi və verilməsi

 

1.1

Bir daşınmaz əmlak elementi (tikili, bina, qurğu, kontur və s.) üzrə

1,50

2.

Daşınmaz əmlak barədə mövcud qrafiki təsvirlərin və çöl ölçmə işlərinə dair məlumatların CİS məlumat bazasına daxil edilməsi

 

 

daşınmaz əmlak elementi  (tikili, bina, qurğu, kontur və s.) üzrə

 

2.1

10-a qədər olduqda

1,0

2.2

11-20-yə qədər olduqda, 10-dan çox olan hər bir element üçün əlavə

0,10

2.3

21-30-a qədər olduqda, 20-dən çox olan hər bir element üçün əlavə

0,09

2.4

31-40-ə qədər olduqda, 30-dan çox olan hər bir element üçün əlavə

0,08

2.5

41-50-yə qədər olduqda, 40-dan çox olan hər bir element üçün əlavə

0,07

2.6

50-dən çox olduqda, 50-dən çox olan hər bir element üçün əlavə

0,05

3.

Daşınmaz əmlakın kadastr informasiya bazasının yaradılmasının vaxt və istehsal normalarının dəyəri

 

3.1

Hazırlıq işləri- 1 əmlak kompleksi (səhmdar cəmiyyət və s.)

1,15

3.2

Mövcud faylların CİS sisteminə inteqrasiya olunması üçün redaktə olunması

0,50

3.3

Redaktə olunmuş faylların CİS sisteminə daxil edilməsi

0,40

3.4

Meta məlumatların hazırlanması üçün mövcud məlumatların redaktə olunması

0,70

3.5

Daşınmaz əmlakın əsas kadastr göstəricilərinin əks olunduğu cədvəllərin yığılması

 

3.5.1

Sütunların sayı 10-a qədər olduqda

0,60

3.5.2

Sütunların sayı 11-20-yə qədər olduqda

1,20

3.5.3

Sütunların sayı 21-dən çox olduqda

1,30

3.6

Mövcud faylların sistemləşdirilməsi (5 MB yaddaşla)

0,65

3.7

Məlumatların internetdən və ya diskdən qəbul olunması, ümumi fayla köçürülməsi və ümumi faylın kadastr məlumatlar bazasına daxil edilməsi

1,25

4.

Daşınmaz əmlakın kadastr xəritələrinin (planının) tərtibi və müvafiq məlumatların verilməsi

 

4.1

1 dm2 planda konturların sayı

 

4.1.1

Konturların sayı 10-a qədər olduqda

100,0

4.1.2

Konturların sayı 11-20-yə qədər olduqda, 10 konturdan çox olan hər bir kontur üçün əlavə

2,60

4.1.3

Konturların sayı 21-30-a qədər olduqda, 20 konturdan çox olan hər bir kontur üçün əlavə

1,80

4.1.4

Konturların sayı 31-40-a qədər olduqda, 30 konturdan çox olan hər bir kontur üçün əlavə

1,20

4.1.5

Konturların sayı 41-50-yə qədər olduqda, 40 konturdan çox olan hər bir kontur üçün əlavə

0,60

4.1.6

Konturların sayı 50-dən çox, 50 konturdan çox olan hər bir kontur üçün əlavə

0,20

5.

Daşınmaz əmlakın ünvan rekvizitlərinin naturada müəyyən edilməsi və dəqiqləşdirilməsi

 

5.1

Ünvan məlumatların müəyyən olunması (1 obyekt: 1 ünvan)

3,15

6.

Daşınmaz əmlakın ünvan rekvizitlərinin ünvan reyestri sisteminə daxil edilməsi

 

6.1

Ünvan məlumatlarının bazaya daxil edilməsi (1 obyekt: 1 ünvan)

0,75

7.

Daşınmaz əmlakın sxematik ünvan planlarının tərtibi və müvafiq məlumatların verilməsi

 

7.1

1 dm2 planda obyektlərin (ünvanların) sayı

 

7.1.1

Ünvanların sayı 10-a qədər olduqda

25,0

7.1.2

Ünvanların sayı 11-20-yə qədər olduqda, 10 ünvandan çox olan hər bir ünvan üçün əlavə

1,60

7.1.3

Ünvanların sayı 21-30-a qədər olduqda, 20 ünvandan çox olan hər bir ünvan üçün əlavə

0,80

7.1.4

Ünvanların sayı 31-40-a qədər olduqda, 30 ünvandan çox olan hər bir ünvan üçün əlavə

0,40

7.1.5

Ünvanların sayı 41-50-yə qədər olduqda, 50 ünvandan çox olan hər bir ünvan üçün əlavə

0,20

7.1.6

Ünvanların sayı 50-dən çox olduqda, 50 ünvandan çox olan hər bir ünvan üçün əlavə

0,10

8.

Daşınmaz əmlakın kadastrından məlumatların təqdim edilməsi, o cümlədən elektron üsulla verilməsi

 

8.1

Bir daşınmaz əmlak elementi (tikili, bina, qurğu, kontur  və s.) üzrə

1,25

 Qeyd: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin icrası zamanı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı”nın 1-ci bəndinin cədvəl hissəsinin I-1-ci (Bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının aparılması) və I-2-ci (Torpaq sahələrinin inventarlaşdırılması) bölmələri tətbiq edilir.
2. Bu qərar 2010-cu il “12” noyabr tarixindən qüvvəyə minir.

 Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                         Şahin Mustafayev