Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 78 nömrəli Qərarı

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanının 4.2. bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 28 sentyabr 2005-ci il

№ 178

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)

SİYAHISI

Sıra

№-si

Malların (işlərin, xidmətlərin) adı

1

2

 

Elektrik enerjisi

 

Xam neft və neftdən emal olunan əsas məhsullar

 

Təbii qaz

 

Maye qaz(topdansatış) [1]

 

Mənzil kirayəsi (dövlət fondu üzrə)

 

Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər, («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) dövlət və bələdiyyə torpaqlarının icarə haqqı, satış qiymətləri, sahələr üzrə məlumatların verilməsi xidmətləri[2]

 

İçməli və texniki su

 

İstilik enerjisi

 

İsti su və istilik təchizatı xidmətləri

 

Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri

 

 

 

Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri

 

 

 

 

1

2

 

Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma və s.)[3]

 

Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitə-si xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)

 

Dövlətə məxsus kommunal təsərrüfatı sahəsində əsas xidmətlər (mənzil, məhəllə-daxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s.)

 

Dövlətə məxsus təhsil sahəsində xidmətlər (ali məktəblərin müxtəlif pillələrinə və orta təhsil bazasında orta ixtisas məktəblərinə tələbə qəbulu zamanı abituriyentlər-dən sənədlərin götürülməsi, ödənişli əsaslarla kadr hazırlığı (ali bakalavr, magistratura, ikinci təhsil), orta ixtisas və peşə təhsili, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması və s.)[4]

 

Dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi yardım, müayinə, müalicə və sanitar sahələrdə xidmətlər

 

Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi)

 

Hidrometeorologiya xidmətləri

 

Standartlaşdırma, sertifikatlaşdırma və patentləşdirmə xidmətləri[5]

 

Karantin tədbirlərinin həyata keçirilməsi xidmətləri

 

Baytarlıq sahəsində əsas xidmətlər («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[6]

 

1

2

 

Dövlətə məxsus laboratoriya xidmətləri (mənşə sertifikatlarının verilməsi, nəzarət-toksikologiya)

 

Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)

 

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[7]

 

Zərərli maddələrin daşınması və zərərsizləşdirilməsi xidmətləri

 

Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər (baş su təmizləyici qurğu-ların, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların, su anbarlan, kanallar, kollektorlar və bəndlərin istismarı və s.)

 

Dərman preparatlarının sınağının keçirilməsi xidmətləri

 

Dövlət yollarının salınması və saxlanılması xidmətləri

 

Torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri

 

Ovçuluq sahəsində (su və meşə heyvanlarının ovlanması, ovçuluq biletinin qiyməti) xidmətlər

 

Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması

 

DYPİ-nin xidmətləri («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[8]

 

Xüsusi rabitə xidmətləri

 

Dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri

 

Dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi

 

Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi[9]

 

Gəmilərə texniki baxış xidmətləri («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[10]

 

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tarifləri, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətləri, büdcə vəsaitləri hesabına maliyyələşən mərkəzi təşkilatların göstərdikləri xidmətlər[11]

39.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının xidmətləri («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)  [12]

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 yanvar 2007-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 45)
  2. 19 mart 2007-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 312)
  3. 08 oktyabr 2007-ci il tarixli 161nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)
  4. 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
  5. 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491)
  6. 30 sentyabr 2009-cu il tarixli 157nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
  7. 1 dekabr 2009-cu il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ()

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1]6 yanvar 2007-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 45) ilə 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 4-cü bəndinə "Maye qaz" sözlərindən sonra "(topdansatış)" sözü əlavə edilmişdir.

 

[2]10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 6-cı bənddə «kadastrı xidmətləri» sözlərindən sonra «(«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)» sözləri əlavə edilmişdir.

 

         30 sentyabr 2009-cu il tarixli 157nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 6-cı bəndində "Daşınmaz əmlak və dövlət torpaqlarının kadastrı xidmətləri" sözləri "Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər" sözləri ilə əvəz edilmişdir.

 

[3]7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 12-ci bəndində «ictimai» sözü «ümumi istifadədə olan» sözləri ilə əvəz edilmişdir.

 

[4] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 15-ci bənddən «, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması» sözləri çıxarılmışdır.

 

[5] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 19-cu bənd çıxarılmışdır.

 

[6] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 21-ci bənddə «(qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına nəzarət, heyvanların profilaktiki, epizootiya əleyhinə, sanitariya tədbirlərinin aparılması, əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq tədbirləri və s.)» sözləri «(«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)» sözləri ilə əvəz edilmişdir.

 

[7]10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 24-cü bənddə «((dövlətə məxsus orqanlar tərəfindən göstərilən xidmətlər) (obyektin qiymətinin hesablanması, elmi-tədqiqat və layihə işləri, layihə-axtarış işləri, layihə-smeta sənədlərinin ekspertizası, tikintidə istifadə olunan bazis əmsalları, inşaat pasportlarının hazırlanması, poçt ünvanlarının verilməsi və s.))» sözləri «(«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)» sözləri ilə əvəz edilmişdir.

 

[8]  10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 32-ci bəndin sonuna «(«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)» sözləri əlavə edilmişdir.

 

[9] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 36-cı bənddən «yerləşdirilməsi, » sözü çıxarılmışdır.

 

[10]10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 37-ci bəndin sonuna «(«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)»  sözləri əlavə edilmişdir.

 

[11] 1 dekabr 2009-cu il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 38-ci bəndində "Büdcə" sözü "Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tarifləri, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətləri, büdcə" sözləri ilə əvəz edilmişdir.

 

[12] 19 mart 2007-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 312) ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na  39-cu bənd əlavə edilmişdir.

08 oktyabr 2007-ci il tarixli 161nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021) ilə 39-cu bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın 39-cu bəndin sonuna «(«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)» sözləri əlavə edilmişdir.