Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tari

"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

      Bələdiyyələrin xəritələrinin hazırlanması prosesinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

      1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası"na aşağıdakı əlavələr və dəyişiklik edilsin:
      1.1. 1.2-ci bənddə "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra — DTXK) tərəfindən" sözlərindən sonra "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra — ƏMDK) iştirakı ilə" sözləri əlavə edilsin;
      1.2. 4.2-ci bənddə "şöbəsinin nümayəndəsinin," sözlərindən sonda "ƏMDK-nın müvafiq ərazi bölməsinin nümayəndəsinin," sözləri və 5.5-ci bənddə "şöbəsinin nümayəndəsi," sözlərindən sonra "ƏMDK-nın müvafiq ərazi bölməsinin nümayəndəsi," sözləri əlavə edilsin;
      1.3. 5.6-cı bənddə "DTXK-nın sədri" sözləri "DTXK-nın və ƏMDK-nın sədrləri" sözləri ilə əvəz edilsin.
      1.4. 8.3-cü bənddə ikinci halda "DTXK-nın" sözlərindən sonra "və ƏMDK-nın" sözləri əlavə edilsin.
      2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
      2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
      2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 23 iyun 2010-cu il
№ 285