Azərbaycan Respublikası ilə Dünya Bankı arasında imzalanmış Kredit sazişi əsasənda həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi

      Azərbaycan Respublikası ilə Dünya Bankı arasında imzalanmış 27 iyul 2007-ci il tarixli 7435 AZ  nömrəli Kredit sazişi əsasənda Azərbaycanda  "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi həyata keçirilir.  Layihə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2007-ci il tarixli 234S saylı sərəncamı ilə təsdiq olunub.
      Bu Layihənin məqsədi daşınmaz əmlak bazarlarının inkişaf etdirilməsi və dövlətə məxsus olan daşınmaz əmlakın idarə və istifadə edilməsinin təkmilləşdirilməsi məqsədilə etibarlı, şəffaf və səmərəli daşınmaz əmlakın qeydiyyatı sisteminin təmin edilməsindən ibarətdir.
      Bu Layihə aşağıdakı hissələrdən ibarətdir:
      Hissə A: Daşınmaz Əmlakın Qeydiyyatı
      Hissə B: Dövlət Əmlakının İdarə edilməsi və Reyesteri
      Hissə C: Xəritəçəkmə və daşınmaz əmlakın kadastrı
      Hissə D: Təlim, siyasətin formalaşdırılması və layihənin idarə edilməsi
      Daşınmaz  Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi layihənin müxtəlif- A2/B1 (daşınmaz əmlakın qeydiyyatı və kadastr informasiya sisteminin yaradılması), A4 (daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması) və  A8 (daşınmaz əmlakın kadastrı və özəl sektorun inkişafına dəstək) subkomponentlərinin icrası ilə bağlı işlərin təşkilində iştirakçıdır.