Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya höküməti, KfW, Frankfurt am Main (“KfW”) arasında əməkdaşlıq əsasında həyata keçirilən "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" Layihəsi

 

      Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında "Maliyyə Əməkdaşlığı haqqında" Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin icrasına başlanılmışdır. 
      Layihənin məqsədi özəlləşdirilmiş daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsi ilə bağlı mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılmasından və nəzərdə tutulmuş daşınmaz əmlak obyektlərinin (o cümlədən pay torpaqlarının) şəffaf qeydiyyatının aparılmasının təşkil edilməsindən ibarətdir.
     Bu layihə çərçivəsində Gəncə şəhərində və Şəki rayonunda kadastr və daşınmaz əmlakın qeydiyyatı sahəsində işlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihə 2 mərhələdən ibarətdir: Konsepsiya Fazası və İcra Fazası.
     Layihənin Konsepsiya Fazası ilə bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli, 37s nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə KfW, Frankfurt am Main ("KfW") arasında "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin həyata keçirilməsi üzrə Maliyyələşdirmə Müqaviləsi” təsdiq edilmişdir.
    Layihənin Konsepsiya Fazasının icrası beynəlxalq məsləhətçi xidmətinin təşkilini nəzərdə tuturdu. Konsepsiya Fazasının icrası 8 ay müddəti əhatə etmişdir.
     Bu mərhələdə layihəyə beynəlxalq məsləhətçi cəlb etməklə bağlı KfW Bankı tərəfindən tender agenti təyin edilmiş və tender keçirilmişdir. Tenderdə Almaniyanın GFA/GCİ Consortium məsləhətçi şirkəti qalib gəlmişdir. Məsləhətçi şirkətlə KfW Bankı arasında Əmlak Məsələləri Dövlət Komitəsi adından məsləhətçi xidmətlərinə dair müqavilə imzalanmışdır.
     GFA/GCİ Consortium məsləhətçi şirkətinin seçilmiş məsləhətçiləri- Gernod Şindler, Nadejda Lotze və Jozef Salukvadze Layihə çərçivəsində işlərin icrasıyla bağlı 10-12 yanvar 2011-ci il tarixlərində ölkədə ilkin səfərdə olmuşlar. Gəncə şəhərində komitənin rəhbər vəzifəli şəxslərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələrinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin səlahiyyətli nümayəndələrinin,  eləcə də Layihənin Konsepsiya Fazasının icraçısı olan GFA/GCİ Consortium məsləhətçi şirkətinin müvafiq işlərin icrasıyla əlaqədar seçilmiş məsləhətçiləri- Gernod Şindler, Nadejda Lotze və Jozef Salukvadzenin iştirakı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin açılışı və ictimaiyyətə təqdimatı həyata keçirilmiş, Layihənin məqsədləri barədə ictimaiyyət Kütləvi İnformasiya Vasitələri vasitəsilə məlumatlandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə və Şəki Ərazi İdarlərinə, eləcə də Komitənin müvafiq ərazi şöbələrinə səfərlər təşkil olunmuş və  onların iş prinsipi ilə yaxından tanış  olunaraq, sözügedən Layihə çərçivəsində işlərin icrasıyla bağlı onların mövcud imkanları araşdırılmışdır. Eyni zamanda, Gəncə şəhərində və Şəki rayonunda layihənin icrası istiqamətində pilot ərazilər müəyyənləşdirilmişdir.
    Layihənin Konsepsiya fazasının icrası ilə bağlı seçilmiş məsləhətçi şirkətin -GFA/GCİ Konsorsium nümayəndəsi xanım Nadejda Lotze tərəfindən 02.05.2011-ci il tarixdən etibarən Şəki rayonunda,  25.05.2011-ci il tarixdən etibarən isə Gəncə şəhərində layihə çərçivəsində nəzərdə tutulan çöl-ölçmə işlərini icra edəcək özəl qurumların mühəndislərinin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilmişdir.
    Gəncə şəhəri və Şəki rayonunda mühəndislər təlimatlandırıldıqdan sonrakı  3 ay ərzində seçilmiş pilot ərazilərdə qeydiyyat məqsədləri üçün sistematik kadastr ölçmə işləri aparılmış və bu ərazilərdə yerləşən mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlakın, o cümlədən sözügedən ərazilərin kadastrı formalaşdırılmışdır.
   Digər tərəfdən, GFA/GCİ Consortium məsləhətçi şirkətinin mütəxəssisləri cənab Günther  Zülsdorf və cənab Gernord Şindler tərəfindən hal-hazırda layihənin növbəti mərhələsinin icrası üçün  hazırlıq işləri yerinə yetirilməkdədir.