TİKA Başkanlığı, Tapu və Kadastro Genel Müdürlüyü ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında əməkdaşlığa əsasən həyata keçirilən "Qeydiyyat və kadastr"Layihəsi

      "Qeydiyyat və kadastr" layihəsinin mənbəyi TİKA Başkanlığı, Tapu və Kadastro Genel Müdürlüyü ilə imzalanmış 23 aprel 2006-cı il tarixli  “Niyyət Protokolu”dur. Layihə çərçivəsində işlərin icrasıyla bağlı pilot ərazi kimi həm kənd yerləri, həm də şəhər yerlərinin bəzi infrastrukturlarını özündə cəmləşdirən Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin ərazisinin layihəyə cəlb edilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə qarşılıqlı razılığa gəlinmişdir.
      Layihənin əsas  məqsədi- əvvəlcədən müəyyən edilmiş pilot ərazilərdə daşınmaz əmlakın kadastrına dair  işləri həyata keçirməkdən ibarətdir.
      Layihənin mərhələlərlə icrası nəzərdə tutulub.

  1. Təlim mərhələsi- bu mərhələdə Azərbaycan Respubliaksında və Türkiyə Cümhuriyyətində geodeziya, CİS, rəqəmsal kadastr xəritələri, kadastr informasiya sistemi mövzularında təlimlərin təşkili nəzərdə tutulub.
  2. Pilot kadastr işləri mərhələsi- bu zaman işlərin Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin ərazisində həyata keçirilməsi nəzərdə tutulub. İş icra olunacaq ərazidə parsellərin ümumi sayı 4000-ə yaxındır.

     Sözügedən işlər Türkiyə Tapu və Kadastro Gənəl Müdürlüyü (TKGM) əməkdaşları tərəfindən həyata keçiriləcək və iş prosesində onlar Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən zəruri kadr dəstəyi ilə təmin olunacaqdır.
      İşlərin icrası zamanı TKGM tərəfindən zəruri geodeziya avadanlıqları (RTK GPS-5 ədəd, Workstation-5 ədəd) alınacaq və layihə bitdikdən sonra ƏMDK-ya bağışlanılacaq.
   Layihə nəticəsində ƏMDK əməkdaşlarının geodeziya, CORS, CİS, Qeydiyyat və Kadastr İnformasiya Sistemi mövzularında beynəlxalq təcrübə qazanacaqları gözlənilir.