![]() |
![]() |
Saytın xəritəsi | aze eng rus |
01.02.2010Azərbaycanda ünvan reyestrinin yaradılmasında Norveç təcrübəsindən istifadə edilir |
|
|
Azərbaycan Respublikasi Prezidentinin "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 27 noyabr 2008-ci il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlər görülür. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi Əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksialarının icrası prosesində, o cümlədən daşınmaz əmlakın ünvan reyestrinin tərtib edilməsi və aparılmasında səmərəliliyin daha da artırılması, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi sahəsində işlərini davam etdirir. Azərbaycanda 2007-ci ildən etibarən Norveç Xəritəçəkmə Agentliyi – “Statens Cartverk”lə “Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi” Layihəsi həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda ünvan reyestrinin yaradılması və bu reyestrin beynəlxalq tələblərə uyğun səviyyədə aparılmasına kömək etməkdən ibarətdir. |
|
25.01.2010Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair geniş kollegiya keçirilmişdir |
|
|
Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu il ərzində dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahələrində görülmüş işlərə dair geniş kollegiya keçirilmişdir. |
|
19.01.2010Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar şəhidlərin əziz xatirəsi yad edilmişdir |
|
|
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırladan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 20 il əvvəl müstəqillik və suverenlik uğrunda istiqlal mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən danışmışdır. |
|
Müsabiqə və tenderlərİnvestisiya müsabiqələriTenderlər |
HərraclarBu gün keçirilənElanlar Nəticələr |
Vətəndaşlar üçünQəbul günləriSual-cavab Məktub göndər |
|||
![]() |
![]() |
![]() |
|||