Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağı qəsəbəsində

Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər. Bu həftə  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək. Daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 04-08 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.

Sakinlər əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı müraciət edə bilər. Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi səyyar kampaniyalar hər kəsin mülkiyyət hüququndan  rahatlıqla istifadəsinə və ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına şərait yaradır.

 
 
 

Sorğu

Əmlak Xidmətləri Məkanı barədə məlumatlısınızmı?