Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birlikdə noyabrın 8-i saat 11:30-da “Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi” mövzusuna həsr edilmiş dəyirmi masa keçiriləcək. Dəyirmi masada iki qurumun nümayəndələri, 25-ə yaxın daş karxanasının sahibləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipi əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, müasir idarəetməyə əsasən texnoloji yeniliklərin tətbiqi, o cümlədən ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsidir. Eyni zamanda belə növ fəaliyyətlə məşğul olan sahibkarların maarifləndirilməsi, həm idaretmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması üçün iki qurum arasında birgə layihələrin icrası da əsas vəzifələrdəndir.   

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31, Elmlər Akademiyası metrosunun arxası) baş tutacaq. 

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?