Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 iyul tarixində, saat 11:30-da Gəncə şəhərində “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçiriləcəkdir. Forumda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri,  Gəncə-Qazax və Aran iqtisadi rayonlarından 70-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edəcəklər.  

Forumun əsas məqsədi mətbuat nümayəndələrinin geniş iştirakı ilə müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsidir.

Regional Forum 7 iyul tarixində, saat 11:30-da Gəncə şəhərində, Ramada Plaza otelində keçiriləcəkdir.

 

 

Hörmətlə,

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri:               Qulu Xəlilov