Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Ölkəmizin ilk rəsmi Ünvan Portalı (www.unvanportali.az) istifadəyə verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 6-da dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə geniş İctimai Təqdimat keçirilib. Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən bu portalın istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşların, dövlət qurumlarının, bələdiyyələrin bu layihədən ala biləcəkləri faydanı izah etməkdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında” əsasnaməyə uyğun olaraq ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.

Ardını oxu...

Əmlak idarəçiliyindəki yenilikləri vətəndaş cəmiyyəti institutları müzakirə edib

Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində 2 oktyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib. Vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirdiyi yeniliklər diqqət mərkəzində olub. İctimai dialoqda 30-dan çox ictimai birliklərin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici və beynəlxalq təşkilatların üzvləri, o cümlədən GİZ-in, Asiya İnkişaf Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirin əsas məqsədlərindən biri vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin qurulması, fəaliyyətlərlə bağlı ictimai müzakirənin aparılması, o cümlədən daşınmaz əmlak sahəsi ilə əlaqədar həmin institutların, aparıcı alim və mütəxəssislərin tövsiyələrinin toplanması və birgə ideya bankının yaradılmasıdır. Dialoqda açıq cəmiyyət institutlarının Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq prinsiplərinin müəyyən olunması, ictimai təşkilatlar vasitəsilə vətəndaşlar arasında təbliğat işlərinin həyata keçirilməsi, o cümlədən fəaliyyətdə agahlıq prinsipinin təmin olunması, vətəndaş maraqlarına yönələn xidmətlərin istifadəsi məsələləri müzakirə edilib.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu

Ölkədə həyata keçirilən uğurlu islahatların indikatorundan biri olan daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər innovasiyaların tətbiqi, xidmətlərin geniş şəkildə elektron müstəviyə keçirilməsi, prosedurların sadələşdirilməsi və müddətlərin azaldılması bu sahədə iqtisadi aktivliyi artırmaqla şəffaflıq, əlçatanlıq və vətəndaş məmnunluğunu təmin edir. Bu işlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-da “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda İşgüzar Dialoq keçirilib. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı sahəsində çalışan özəl sektor, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri, rieltorlar, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.

Məqsəd isə iştirakçıları daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq olunan müasir informasiya-kommunikasiya texnologiyaları, innovativ və operativ üsullar haqqında məlumatlandırmaq, mövcud potensialın artırılması yollarını müzakirə etməkdir. Eyni zamanda bu sahədə xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, şəffaflığın, vətəndaş məmnunluğunun daha da artırılması məqsədilə optimal yanaşmalar əsasında ideya bankının formalaşdırılmasıdır.

Ardını oxu...