Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasına 30.06.2019-cu il tarixinə 16 şikayət daxil olmuşdur. Bunlardan 2-si dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verilmiş şikayətlərlə bağlı olmuşdur. Şikayət müəlliflərindən 1-i hüquqi şəxs, 15-i isə fiziki şəxs olmuşdur.

Bildiririk ki, dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verdiyi 2 şikayət Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2018-ci il tarixli, 1910 nömrəli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə cavab verdiyindən komitənin Apellyasiya Şurasında icraya götürülmüşdür və hazırda baxılır.

14 şikayət Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin tələblərinə cavab vermədiyindən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, komitənin səlahiyyətinə aid olmamış, yuxarı orqan və ya tabelikdəki qurum tərəfindən inzibati akt qəbul edilməmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmuşdur və s.) Şuranın müzakirəsinə çıxarılmamışdır. Həmin şikayətlər aidiyyəti üzrə baxılaraq tədbirlərin görülməsi üçün komitənin strukturuna daxil olan qurumlara göndərilmiş və ya mahiyyəti üzrə cavablandırılaraq bu barədə müraciət müəlliflərinə məlumat verilmişdir.