Azərbaycanda şirkətlər və sahibkarlar üçün – YENİ XİDMƏT – MÜSAHİBƏ

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş AZPOS-Real Time GNSS xidməti kənd təsərrüfatı, tikinti, neft sənayesi, nəqliyyatın intellektual idarə edilməsi, geodeziya və digər sahələr üçün nəzərdə tutulub.

Yeni sistem Azərbaycan Respublikasının ərazisində real vaxtda üfüqi səviyyədə ± 2 sm və şaquli səviyyədə ± 4 sm dəqiqliklə mövqeyi göstərməyə imkan verir. AZPOS sisteminin üstünlükləri və tətbiq olunması imkanları ilə bağlı "Fed.az"-ın suallarını ƏMDK-nın yanında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin «Coğrafi mövqeləndirmə şəbəkəsinin idarə olunması» şöbəsinin müdiri Aidə Qasımova cavablandırıb.

Ardını oxu...

Prezidentin fərmanının sürətli icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasına daha intensiv formatda start verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda yerləşən mənzillərin çıxarışla təmin olunması ilə bağlı işlərin daha intensiv keçirilməsinə start verib. Belə ki, iyulun 9-dan etibarən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda mobil qeydiyyat xidməti göstəriləcək, ilkin sənədlər toplanacaq. Bu səyyar xidmət iyulun 9-dan 12-nə kimi Nizami, 15-19 tarixlərində Sabunçu, Suraxanı, Xətai, Binəqədi, 22-dən 26-na kimi isə Yasamal və Səbail rayonlarında olacaq.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 09 iyul tarixində növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq etdiyi müasir üsullar hərraclarda iştirakı vətəndaşlar üçün daha rahat edir. Hərraca çıxarılan bütün dövlət əmlakları üzrə sifarişlərin elektron formada verilməsi, eyni zamanda virtual hərrac ilə hər kəs üçün prosesə onlayn qatılmaq imkanı təmin edilir. Hərraclarda yaradılan rahat şərait vətəndaş məmnunluğunun təminatına, investorların özəlləşdirməyə marağının artırılmasına yönəlib. Bundan başqa, innovativ fürsətlər ilə keçən hərraclar özəlləşdirmə prosesini sürətləndirir, müxtəlif iqtisadi sahələr üzrə yeni sahibkarlıq obyektlərinin yaranmasına və inkişafına dəstək verir.

Ardını oxu...

Hərracda seçim geniş, iştirak isə sadədir: bu dəfə 68 dövlət əmlakı özəlləşməyə çıxarıldı

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclara çıxarılan dövlət əmlaklarının müxtəlifliyi vətəndaşlara geniş seçim imkanları vəd edir. Özəlləşdirmə prosesində elektronlaşma hər kəsin hərraca rahat şəkildə qoşulmasına şərait yaradır. Şəffaflıq və səmərəlilik prinsiplərinin təminatı ilə ictimaiyyətə tam açıq olan hərraclarda həm sifarişçilərin, həm də adi şəxslərin iştirakına şərait yaradılıb.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?