Daha 80 dövlət əmlakı özəlləşdirilmək üçün hərraca çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara elektron formada qoşulma üstünlüyü rahat və şəffaf mühiti təmin edərək prosesdə aktiv iştiraka şərait yaradır. Sifarişlərin onlayn formada verilməsi, o cümlədən virtual formada hərracda iştirak fürsətləri vətəndaş məmnunluğuna istiqamətlənib. Hərrac günü sifarişçilərlə yanaşı, digər şəxslər də hərracı qeydiyyatsız formada həm onlayn (https://e-emdk.gov.az/eHerrac), həm də Əmlak Xidmətləri Məkanına getməklə canlı formada izləyə bilər.

14 avqust tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri keçiriləcək. Bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kv.m ilə 3 min 312 kv.m intervalındadır. Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki ticarət obyektinin faydalı sahəsi 629.9 kv.m-dir. Qeyd edək ki, bu dövlət əmlakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m arasındadır. Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki dövlət əmlakının faydalı sahəsi 27.9 kv.m-dir. Bu dövlət əmlakı investor tərəfindən ofis və ya xidmət obyekti kimi istifadə oluna bilər.

Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.

Mitsubishi, Fiat və Nissan markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Avstriya ilə Azərbaycan arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində qarşılıqlı əlaqələr genişləndirilir

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair 2018-ci il 6 iyulda imzalanan Anlaşma Memorandumu çərçivəsində Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun nümayəndə heyəti iyulun 11-də Əmlak Məsələləri Dövlət Komitəsində olub. Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov və Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti cənab Vernherr Hoffmann iştirak ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın mükəmməl rəqəmsal kadastr məlumatları Bakının Baş Planının hazırlanmasında əsas baza rolunu oynayır: məlumatların inteqrasiyasına start verildi

Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Qeyd edilməlidir ki, Bakı şəhərinin elektron kadastr məlumatları əmlaklarla, torpaqlarla bağlı dəqiq və müfəssəl göstəriciləri özündə cəmləşdirdiyindən Baş Planın hazırlanmasında mühüm baza rolunu oynayacaq. Qabaqcıl dünya təcrübəsinə istinad edən beynəlxalq və yerli ekspertlər işlərin müvəffəqiyyətli icrasını təmin etmək məqsədi ilə hazırlanacaq Baş Planın mövcud rəqəmsal kadastr xəritələri üzərindən qurulmasını məqsədəuyğun hesab edirlər. Odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına start verildi. Bununla bağlı iyulun 12-də hər iki qurumun, Baş Planın hazırlanmasında iştirak edən şirkətin, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir ötən ildə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treyninqlərin keçirilməsinə start verib. Bunun üçün torpaq müfəttişlərindən ibarət işçi qrupu yaradılıb. İlk treyninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı, Xaçmaz rayonlarında keçirilib.  

Təlimlər zamanı torpaqlardan istifadənin qanunvericilik tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı məlumat verilib, inzibati xətalara dair protokolların tərtib edilməsi və qərarların qəbul edilməsi zamanı həmin tələblərə riayət olunması məsələlərindən bəhs edilib.  

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?