İnvestisiya müsabiqəsinin nəticəsi açıqlandı: daha bir istehsal müəssisəsi yenidən qurulacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin özəlləşdirilərək yenidən qurulması, investisiyaların cəlbi, o cümlədən özəlləşdirilmiş müəssisələrdə müasir istehsal sisteminin təminatı ilə bağlı tədbirlər reallaşdırılır. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir.

Bu istiqamətdə komitə tərəfindən “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilmişdir. Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar üçün maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilmişdir.

İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan etmişdir.

Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə növbəti vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 29 iyun tarixinə keçirilmişdir.

Ardını oxu...

BMT QAK-ın qlobal kampaniyalarına dəstək göstərilməsi üçün müraciət

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qaçqınlarla” (#WithRefugees) kampaniyasını zorla didərgin salınmış insanlar və vətəndaşlığı olmayan şəxslər üçün daha geniş qlobal hərəkata çevirməyə çalışır. Bu məqsədlə “Qaçqınlarla bir addım atın” (#StepWithRefugees) devizi altında davam edən “Qaçqınlarla” kampaniyasının daha geniş təşviqi aparılır. Qeyd edilən kampaniyaya qoşularaq https://stepwithrefugees.org/en/ internet səhifəsinə daxil olmaqla kampaniyaya dəstək ola bilərsiniz.

Rəqabətli hərrac: 26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

Dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə şəraiti hərraclarda iştirakçı fəallığını təmin edir. Elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşlara vaxt itirmədən əmlak sahibi olmaq imkanı verir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 18-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak etdi. İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada vermişdir. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?