Elektron formada hərraca qoşulmaq imkanı: özəlləşməyə 80 dövlət əmlakı çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır. Onlayn formada seçim, sifariş prosedurları və elektron hərrac sisteminin tətbiqi ilə investorlar olduğu məkandan hərraca qoşula bilir. Bu imkanlar özəlləşdirməyə marağı artırmaqla yanaşı, vaxta qənaəti, hərraclarda şəffaf mühiti və rahat iştirakı təmin edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin Balakəndə yeni və müasir ərazi ofisi istifadəyə verildi: bütün xidmətlər bir ünvanda

Balakən sakinlərinə şad xəbər: artıq Balakən sakinləri də daşınmaz əmlakla bağlı xidmətlərdən müasir şəraitdə istifadə edəcəklər. Belə ki, vətəndaş məmnunluğunu ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi yeni inşa edilmiş ərazi ofisini 21 iyun tarixində Balakən rayonunda istifadəyə verib. Yeni binada daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin göstərilməsi ilə yanaşı, sakinlərin kadastr, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlər ilə bağlı müraciətləri daha operativ və əlçatan formada qəbul ediləcək. Komitə tərəfindən göstərilən xidmətlərin bir ofisdə toplanması əhalinin əlavə ünvanlara getmədən rahat müraciətinə şərait yaradacaq.

Ardını oxu...

Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmir rayonunun 2 kəndində keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyata alınması xidmətlərini vətəndaşlara daha yaxın etmək məqsədilə səyyar aksiyaları davam etdirir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası ilə xidmətlər birbaşa vətəndaş ünvanlarında göstərilir. Kənd və qəsəbə sakinləri vaxt itirmədən, məsafə qət etmədən mobil qeydiyyat ofisinə müraciət edirlər. Sosial aksiyaların keçirilməsində əsas məqsəd məmnunluq və rahatlığı təmin etmək, vətəndaşlara layiqli xidmət göstərməkdən ibarətdir.

Ardını oxu...

Daşınmaz əmlakın inventarlaşdırılması: xidmət Əmlak Xidmətləri Məkanında və elektron formada da göstərilir

Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?