İnvestorlar 21 may hərracında hansı dövlət əmlaklarını özəlləşdirə bilər

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərraclarından biri 21 may tarixində keçiriləcək. Budəfəki hərraca 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılıb. Səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Səhmdar cəmiyyətləri paytaxt, Sumqayıt, Salyan, Bərdə kimi şəhər və rayonlarda yerləşir. Bu dövlət əmlaklarının fəaliyyət istiqamətləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Belə ki, səhmdar cəmiyyətlərindən 8-i inşaat sektoru, 6-sı aqrar sektor, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 aprel, 2019-cu il tarixində Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.

Ardını oxu...

Çevik və rahat xidmətlər İsmayıllıda: “Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Təzəkənd və Qalıncaq kəndlərində keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirilməsi sahəsində yeniliklər tətbiq edir. Bu sahədə təşkil olunan “Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə daşınmaz əmlakın qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Komitə tərəfindən kampaniyanın keçiriləcəyi növbəti rayon İsmayıllıdır. Bu həftə ərzində səyyar qeydiyyat xidmətləri rayonun iki kəndini əhatə edəcək.

Ardını oxu...

Özəlləşmə nəticəsində daha bir sənaye müəssisəsi biznes obyektinə çevriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi respublikanın müxtəlif regionlarında yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal proseslərinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın inventarlaşdırılması barədə məlumatlısınızmı?