Daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklər

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Əmlak Məsələləri Dövlət Komitəsi də müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi məsələlərə xüsusi önəm verir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.

Komitə bütün fəaliyyət sahəsində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də əlçatanlıq və şəffaflıq prinsipləri təmin edilməklə vətəndaşlara xidmət edir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir. Bu məqsədlə komitə fəaliyyət sahələrində müasir çağırışlara uyğun olaraq yenikliklər tətbiq edir.

Ardını oxu...

Növbəti hərracda 12 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İnnovativ idarəetmə üsulunun tətbiq edildiyi vacib sahələrdən biri də Komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərrac 18 iyulda keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Ardını oxu...

İnvestorları cəlb edəcək 196 əmlak özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.  

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 14 iyul 2017-ci il tarixində Şəmkirdə növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri qəbulda Şəmkir ilə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxıb. 

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, torpaqların sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus  fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib.

Komitə sədri müraciət edən vətəndaşların hər birini diqqətlə dinləyib, səsləndirilən bir sıra müraciətlər verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin 11 iyulda keçirilən hərracında bir neçə müəssisə rəqabətli şəkildə özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyulda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Hərracda Bakı  şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.

Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, regionlardan isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi 8 avqust tarixində keçiriləcək hərraca 152 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 avqust tarixində keçiriləcək hərracda 152 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Yevlax Yun” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 14 iyul 2017-ci il tarixdə Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şəmkir ilə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 7-də “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirib. Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin nümayəndələri və könüllüləri, həmçinin Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Gəncə-Qazax və Aran iqtisadi rayonundan olan 70-dək sahibkar, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak ediblər.

Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanından irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaqdır. Onları özəlləşdirmə prosesinin gedişi, özəlləşdirməyə çıxarılan yeni müəssisə və sahələr, özəlləşdirmənin daha da sürətləndirilməsi ilə bağlı keçirilən açıq və şəffaf hərraclar barədə maarifləndirməkdir. Eyni zamanda investorların özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi ilə bağlı həyata keçirilən innovativ layihələr, görülən işlər barəsində onları məlumatlandırmaq da forumun əsas vəzifələrindəndir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi ilə bağlı maarifləndirici İşgüzar Forumları davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı regionlarda maarifləndirici İşgüzar Forumlar keçirilir. Növbəti belə forum iyulun 6-da Cəlilabadda baş tutub. Tədbir yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib. Forumun növbəti məkanı iyulun 7-də Salyanda olacaq.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Əmlak Məsələləri Dövlət Komitəsi də fərmana uyğun olaraq torpaq idarəçiliyi və inzibatçlılığı sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri həyata keçirilən maarifləndirici İşgüzar Forumlardır.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 iyul tarixində, saat 11:30-da Gəncə şəhərində “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçiriləcəkdir. Forumda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri,  Gəncə-Qazax və Aran iqtisadi rayonlarından 70-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edəcəklər.  

Forumun əsas məqsədi mətbuat nümayəndələrinin geniş iştirakı ilə müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsidir.

Ardını oxu...

İlk elektron hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər. Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir.

Gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər Azərbaycan Respublikası Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli  Fərmanın icrası istiqamətində həyata keçirilir.

Ardını oxu...

4 iyulda keçirilən hərracda potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac 4 iyulda keçirilib. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutur. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında da keçirilən hərracları canlı şəkildə izləyə biliblər.

4 iyulda  keçirilən hərracda  5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı  şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4  kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə yerləşir.

Ardını oxu...

Vətəndaşlar daşınmaz əmlaklarını əvvəlcədən qeydiyyata aldıra bilər – “Qabaqcadan qeydiyyat mexanizminin üstünlükləri və faydaları” ilə bağlı tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 30-da “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstünlükləri və faydaları” adlı ictimai təqdimat keçirilib. Tədbirdə Komitənin nümayəndələri, ictimai təşkilatlar, iri inşaat şirkətləri, rieltorlar, media nümayəndələri iştirak ediblər. Məqsəd isə qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın  qabaqcadan qeydiyyatının geniş istifadəsinin təmin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 iyun tarixində, saat 10:30- “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcəkdir.

Tədbirin keçirilməsində məqsəd Komitə tərəfindən daşınmaz əmlakın qabaqcadan qeydiyyatı prosesinin mahiyyəti, prosedurları, üstünlükləri barədə ictimaiyyəti maarifləndirməkdir. Eyni zamanda, bu prosesin vətəndaşlara verdiyi faydalar və ümumilikdə daşınmaz əmlak bazarının inkişafındakı müsbət təsirləri barədə məlumatlandırmaqdır.

Tədbir 30 iyun tarixində, saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında keçiriləcəkdir. (Elmlər Akademiyası metro stansiyasının yanı)

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi sahəsindəki münasibətlərin tənzimlənməsi və torpaq inzibatçılığı ilə bağlı maarifləndirici İşgüzar Forum keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı respublika üzrə maarifləndirici İşgüzar Forumlara start verib. İlk belə tədbir iyunun 22-si və 23-də müvafiq olaraq Qazax və Ağdaş rayonlarında keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra nümayəndələri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri, eyni zamanda kütləvi informasiya nümayəndələri iştirak edib.

Maarifləndirici İşgüzar Forumun məqsədi torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətləri vahid çağrı mərkəzinə birləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə vətəndaşlarının müraciətlərinə həssaslıqla baxılması, göstərilən ictimai xidmətlərdə operativlik və şəffaflığın artırılması istiqamətində işləri təkmilləşdirir. Fəaliyyəti üzrə daima yeni layihələrə imza atan Komitə bu dəfə də ənənəsinə sadiq qalıb. Beləki, Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətləri 193 vahid çağrı mərkəzinə birləşdirilib.

Artıq Komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır. Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə  torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə-193 saylı vahid çağrı mərkəzinə ünvanlaya bilərlər. Başqa sözlə ölkə əhalisi Komitənin fəaliyyəti ilə bağlı yaranan bütün suallarının cavabını sadəcə 193 saylı vahid çağrı mərkəzinə zəng etməklə öyrənir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov ilə Fransanın sabiq Baş naziri, cənab Dominik Dö Vilpən arasında görüş keçirilib

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov ilə Fransanın sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti cənab Dominik Dö Vilpən arasında görüş keçirilib. Görüşün məqsədi Azərbaycan və Fransa arasında Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi ilə bağlı iqtisadi əlaqələrin genişləndirilməsi, bu barədə fikir mübadiləsinin aparılmasıdır. Həmçinin daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı layihələrdə birgə iştirak, səmərəli əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi də görüşün əsas müzakirə obyekti olub.

Ardını oxu...

Recexpo III sərgisində Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri iştirak edəcək

Noyabrın 23-dən 25-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Recexpo III - Azərbaycan beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinə ötən ildən fərqli olaraq, daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda, onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Belə ki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri sərgidə iştirak edəcək. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgiyə toplaşacaq.

İyunun 21-də Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov sərgiyə hazırlıq işləri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Bildirilib ki, sərgi ƏMDK “Elan Expo” və “Atılım Fuarcılık” şirkətləri ilə birgə təşkil ediləcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əmədaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən olunub. Bu məqsədlə 20 iyun tarixində iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir çərçivəsində  “ASAN” könüllüləri ilə də görüş keçirilib. Qeyd edilməlidir ki, göstərilən xidmət zamanı könüllülərin cəlb edilməsi, onların potensialından səmərəli istifadə edilməsi əsas proritetlərdəndir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsi sürətlə davam edir: 32 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 20 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan  1-i səhmdar cəmiyyəti, 19-u  kiçik dövlət müəssisəsi,  7-i qeyri-yaşayış sahəsi,  5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə  1 səhmdar cəmiyyətinə,  8 kiçik dövlət müəssisəsinə,  6  istifadəsiz qeyri yaşayış sahəsinə  və 5 nəqliyyat vasitəsinə,  respublikanın digər  şəhər  və rayonları üzrə  11  kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.

Özəlləşdirilən əmlaklar səhiyyə, pampıqçılıq sahəsinə aid olmaqla yanaşı ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibi tapır. Məsələn yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən “Dalğa”  kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5202 kv.m, ümumi faydalı sahəsi isə 1271 kv.m təşkil edir.                   

Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri yaşayış sahəsindən isə  4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirlən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, Şəkidə yerləşən Barama Toxuma zavodu kimi əmlakların özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də  yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim təlabatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxamasına səbəb olur. Eyni zamanda ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

Qeyd edək ki, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir

 

Hərracda müxtəlif təyinatlı müəssisələrin olması investorların seçim imkanını artırır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 124 əmlak çıxarılıb. Bunlardan 25-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə, İmişli, Şirvan, Qazax, Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən Yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 375 min manata təklif olunur. Bu əmlakın topaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Ümumi faydalı sahəsi isə 533,3 kv.m dir. Bundan başqa Gəncə şəhərində yerləşən Xronika kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 978 kv.m olan əmlakın ilkin start qiyməti 139 min 500 manatdır.

Hərracda özəlləşdirməyə çıxarılan Gəncə şəhərində yerləşən Xronika kinoteatrı əlverişli biznes obyektidir. Nəzərə alsaq ki, ölkəmizdə çəkilən kinoların və izləyicilərin sayı artmaqdadır investor həmin obyektə fəaliyyəti istiqaməti üzrə vəsait yatırmaqla yaxşı gəlir əldə edə bilər.

Ardını oxu...