Qeydiyyat

Daşınmaz əmlakın qeydiyyatı

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

 

 

Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün həmin torpaq sahəsinin minimum həcmi

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən, torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz torpaq sahələri isə o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarına əsasən, dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddi sənaye, nəqliyyat, rabitə, istehsal, xidmət, sahibkarlıq və digər məqsədlə fəaliyyət göstərən obyektlərə dair münasibətdə ayrı-ayrılıqda həmin obyektlərin fəaliyyəti üçün zəruri olan texniki, sanitar, mühafizə şərtləri nəzərə alınmaqla onların baş planlarında müəyyən edilmiş torpaq sahəsi, qalan hallarda isə 1 (bir) kvadrat metr qəbul edilir.

 

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının əsasları

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

- qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;

- qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

- bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

- 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;

- qanunvericilikdə nəzərdə tutulan digər əsaslar.

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:

- hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;

- torpaq sahəsinin planı və ölçüsü;

- torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

- Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas verən hallar

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər.

Qanuna görə, qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 10 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər.

Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır (14.3-cü maddə).

Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir.

Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.

Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir.

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatından imtina olunması halları

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

- dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;

- hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;

- hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;

- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;

- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;

- bu qanunun 14-cü maddəsində (hüquqların dövlət qeydiyyatının dayandırılması barədə – «DƏ») nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanuna görə, hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

 

Dövlət reyestrində düzəlişlərin edilməsi halları və qaydaları

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir.

Qanuna görə, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə).

Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

 

 

Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəlləsinin 150-ci maddəsinə əsasən: «Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs mәhkәmә qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər».

Bundan başqa, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.

 

Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən  daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.

 

İpotekanın dövlət qeydiyyatına alınması və ləğvi

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən  daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. İpotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 5 iş günü müddətində aparılır. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə qeydiyyatın aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir.

 

Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən  məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.

 

Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə və qəyyumluq əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən  etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.

 

Vərəsəlik əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən  müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

 

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı zamanı əvvəllər yaranmış hüquqların tanınması

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda bildirilir ki, bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.

 

Tikintisi başa çatdırılmamış evlər və ya yarımçıq binadakı mənzillərə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatı

Bu hal öncədən qeydiyyat adlanır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda (Maddə 17) bildirilir ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər.  Qabaqcadan qeydiyyat üsulu sayəsində tikintisi başa çatdırılmamış mənzil və ya evi girov qoyub kredit götürmək də mümkündür. Qanuna görə, tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Bu zaman mülkiyyət hüququnun qeydiyyatı üçün əsaslar:

- hüquq əldə edənə kreditin verilməsi,

- habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə,

- yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. 

Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin (qeyri-yaşayış sahəsinin) ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Bu qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.

 

Bələdiyyələrin qərarı ilə fərdi yaşayış evlərinin tikilməsi məqsədilə verilmiş torpaq sahəsi üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən bələdiyyələrin qərarı ilə fərdi yaşayış evlərinin tikilməsi məqsədilə mülkiyyətə verilmiş sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

 - ərizə;

- bələdiyyənin qərarı, bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış,

- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi);

- torpaq sahəsinin planı və ölçüsü;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

01.01.2001-ci il tarixinədək icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən 01.01.2001-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda, sərəncamın ( qərarın) arxiv çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı);

- torpaq sahəsinin planı və ölçüsü;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Fərdi yaşayış evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən fərdi yaşayış evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda sərəncamın (qərarın) arxivdən çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı), torpaq sahəsinin planı və ölçüsü;

 və ya

- bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və arxiv arayışı, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi);

və ya

- torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış;

- tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi;

- tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12 m-dən artıq olan binalar üçün ekspertiza rəyi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən fərdi yaşayış evlərinin yerləşdiyi qanuni istifadə olan həyətyanı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçü

tələb olunan sənədlər bunlardır:

- ərizə;

- fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarış və ya qeydiyyat vəsiqəsi;

- xidmətin arxivində hüquq müəyyənedici sənəd (ilkin torpaq ayırma sənədləri) olmadıqda, torpaq sahəsinin qanuni istifadəyə verilməsi barədə hüquq müəyyənedici sənəd (ilkin torpaq ayırma sənədləri);

- fərdi yaşayış evinin texniki pasportu;

- torpaq sahəsinin planı və ölçüsü;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- bağ sahəsinin icarə müqaviləsi və ya orderi (22 may 2007-ci il tarixinədək);

- bağ sahəsinin planı və ölçüsü;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Hərrac vasitəsilə əldə edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən hərrac vasitəsilə əldə edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- hərrac protokolu və ya alqı-satqı müqaviləsi, yaşayış sahələri (mənzil, fərdi yaşayış və bağ evləri) üçün notarius tərəfindən verilmiş şəhadətnamə;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

 

Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı (yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir)üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- üzvlük kitabçası və ya icarə müqaviləsi (ərazi idarəsinin arxivindəki bağçılıq üzvlərinin siyahısında ərizəçinin adı olmadıqda, əmək kitabçasının surəti və ya iclasın protokolundan çıxarış tələb oluna bilər);

- bağ sahəsinin planı və ölçüsü;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

Bağ evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən bağ evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

 - ərizə;

- bağ sahəsinin icarə müqaviləsi və ya orderi, bağ sahəsinin planı və ölçüsü və ya;

- üzvlük kitabçası və ya order, bağ sahəsinin  planı və ölçüsü və ya;

- bağ sahəsinin üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış;

- tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı və ya istismara qəbul aktı, hündürlüyü 12 m-dən artıq olan bağ evləri üçün ekspertiza rəyi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Vətəndaşların mülkiyyətində olan bağ evlərinin yerləşdiyi qanuni istifadədə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2

nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən vətəndaşların mülkiyyətində olan bağ evlərinin yerləşdiyi qanuni istifadədə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- bağ evinin dövlət reyestrindən çıxarışı və ya qeydiyyat vəsiqəsi;

- bağ sahəsinin qanuni istifadədə olmasını təsdiq edən sənəd;

- bağ evinin texniki pasportu;

- bağ sahəsinin planı və ölçüsü;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Əvvəllər yaranmış hüquqların dövlət qeydiyyatı (Xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar) üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- daşınmaz əmlak üzərində hüquqları təsdiq edən dövlət aktı, şəhadətnamə və ya qeydiyyat vəsiqəsi;

- tikilinin texniki pasportu, torpaq sahəsinin planı.

Qeyd 1. Qeyri-yaşayış sahəsinə (binasına) dair şəhadətnamədə sahə göstərilmədiyi halda, özəlləşdirmə anına tərtib edilmiş texniki pasport, özəlləşdirilən obyektin dəyərinin müvafiq hesaba tam ödənilməsi barədə arayış.

 

 

 

Mülkiyyət hüququnu təsdiq edən itirilmiş, yararsız hala düşmüş və ya tamamilə məhv olmuş sənədlərin dublikatının verilməsi üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən mülkiyyət hüququnu təsdiq edən itirilmiş, yararsız hala düşmüş və ya tamamilə məhv olmuş sənədlərin dublikatının verilməsi üçün

tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- mətbu nəşrlərdə dərc edilmiş elan;

- şəhər (rayon) polis şöbələrinin tapıntılar bürosundan arayış;

- təbii fəlakət və ya qəza nəticəsində məhv olmuş sənədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş aktın təsdiq edilmiş surəti;

- yararsız hala düşmüş mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Daşınmaz əmlak üzərində hüquqların qabaqcadan qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən daşınmaz əmlak üzərində hüquqların qabaqcadan qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- tikintiyə icazə sənədləri, tikintinin plan-cizgisi, təsdiq edilmiş layihə, inşaat pasportu;

- hüquq əldə edənə kreditin verilməsi və ya bina sahibinin hesabına kreditin köçürüləcəyi haqqında müqavilə  yaxud mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd və ya mənzil sertifikatı.

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.;

- daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Mənzil fondunun özəlləşdirilməsi üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən mənzil fondunun özəlləşdirilməsi üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya keçmiş Sovetlər İttifaqı dövründə yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda order və ya orderin arxiv arayışı;

- 18.3.2005-ci il 24 iyun tarixindən sonra ərizəçi mənzil-tikinti kooperativinin üzvləri sırasına qəbul olunduğu halda kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış;

- kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı;

- üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma)  və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;

- müəssisə və idarələrin balansında olan mənzillər üçün kirayə (icarə) müqaviləsi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Mənzil, kooperativ olmayan qeyri-dövlət hüquqi şəxsə aid olduqda notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim edilməlidir.

  

 

Kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı

üçün tələb olunan sənədlər bunlardır:

 - ərizə;

- payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı;

- qeyri-yaşayış sahəsinin plan-cizgisi, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarış;

- 2005-ci il 24 iyun tarixindən sonra ərizəçi mənzil-tikinti kooperativinin üzvləri sırasına qəbul olunduğu halda, kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Qeyd edək ki, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olduqda ona mülkiyyət hüququnun dövlət qeydiyyatı müvafiq qaydada özəlləşdirilməsi həyata keçirildikdən sonra aparıla bilər.

 

Bölünmə, birləşmə nəticəsində yeni yaranmış daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən bölünmə, birləşmə nəticəsində yeni yaranmış daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;

- bölünmə nəticəsində yeni yaranmış daşınmaz əmlakın notarial qaydada təsdiq edilmiş özgəninkiləşdirilmə müqaviləsi (alqı-satqı, bağışlama və s.);

- birləşməyə əsas olan hüquq müəyyənedici sənədlər;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

İpotekanın, əlavə və sonrakı ipotekanın dövlət qeydiyyatı üçüntələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən ipotekanın, əlavə və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ipoteka saxlayanın ərizəsi;

- ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və etibarnamə ilə çıxış edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

- ipoteka müqaviləsi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ipoteka saxlayanın ərizəsi;

- bildirişin ipoteka qoyana təsdiq etmə üsulu ilə göndərilməsinə dair qəbz.

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində (icarəsində) olan qeyri-dövlət torpaq sahələri üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən hüquqi və ya fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində (icarəsində) olan qeyri-dövlət

torpaq sahələri üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- ərizəçinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, dövlət aktı, dövlət reyestrindən çıxarış və ya istifadəyə (icarəyə) verilməsini təsdiq edən sənəd;

- tikilinin müvafiq icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi;

- tikilinin istismara qəbul aktı;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Özəlləşdirilmiş dövlət əmlakı üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən özəlləşdirilmiş dövlət əmlakı üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- torpaq sahəsinin özəlləşdirilməsini təsdiq edən şəhadətnamə və ya torpaq sahəsinin istifadəyə (icarəyə) verilməsini təsdiq edən sənəd;

- tikilinin (qurğunun) özəlləşdirilməsini təsdiq edən şəhadətnamə (02.07.2009-cu il tarixinədək) və ya 02.07.2009-cu il tarixindən sonrakı dövrdə alqı-satqı müqaviləsi ilə birlikdə bildiriş məktubu;

- daşınmaz əmlakın texniki pasportu;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

Daşınmaz əmlakın hüquqi şəxsin nizamnamə fonduna verilməsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə (müraciət);

- daşınmaz əmlakın hüquqi şəxsin nizamnamə fonduna verilməsi barədə notarial qaydada təsdiq edilmiş müqavilə;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

Dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.);

- obyektin inşaat pasportu, obyektin layihə sənədləri;

- obyektin istismara qəbul aktı;

- obyektin texniki pasportu;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

- ərizə;

- əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər;

- əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı, müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları);

- obyektin texniki pasportu;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

 

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi üçün tələb olunan sənədlər

Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

-ərizə;

- mülkiyyət hüququnu təsdiq edən sənəd.

 

 

Daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçinin həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilməsi

Bu məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsində aydınlıq gətirilib. Məcəllənin 178-ci maddəsinə (9-cu fəsil, § 1.) əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

 

Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlaka faktiki sahiblik edən şəxsin həmin əmlaka mülkiyyət hüququ əldə etməsi

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə (9-cu fəsil, § 1.) əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır.

 

Kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüquqununun qeydiyyatı

Bu məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə (9-cu fəsil, § 1.) əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

 

Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınmasının nəticələri

Bu məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149-cu maddəsinə (5-ci fəsil, § 2.) əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılıbsa və ya dəyişdirilibsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

 

 

Torpaqdan istifadə hüququ olduğu, lakin torpaq üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçmədiyi və torpaq üzərində yaşayış evi tikildiyi halda, torpaq və yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı

Göstərilən məsələnin həlli həmin torpaq sahəsinin vətəndaşın qanuni istifadəsində olub-olmamağından və fərdi yaşayış evinin icazəli və ya özbaşına inşa edilməsindən asılıdır.

1. Əgər torpaq sahəsi vətəndaşın qanuni istifadəsindədirsə vətəndaş həmin torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə edə bilər. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən vətəndaşlar torpaqları öz mülkiyyətinə keçirmək üçün ərizə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) müraciət edirlər. DTXK vətəndaşlara onların mülkiyyətinə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir.

Bundan sonra vətəndaş torpaq sahəsinin qanuni istifadədə olmasını təsdiq edən sənədi, torpaq sahəsinin planı və ölçüsünü, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsini, tikintiyə icazə verilməsi barədə sərəncamı və istismara qəbul aktını ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə təqdim etməlidir. Bununla da torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə uyğun olaraq, vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alına bilər.

2. Eyni zamanda əgər fərdi yaşayış eviqanunvericiliklə nəzərdə tutulmuş tikinti norma və qaydalarına uyğun şəkildə inşa edilibsə, torpaq sahəsi mülkiyyətə verilmədən də, istifadədə olmaqla fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilər.

3. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

 

 Mülkiyyət hüququnun etibarnamə əsasında bir mülkiyyətçidən digərinin adına keçirilməsinin qeyri-mümkünlüyü

Mülki qanunvericilikdə daşınmaz əmlakın bir şəxsin adından digər şəxsin adına etibarnamə əsasında keçirilməsi nəzərdə tutulmayıb. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.  Buna uyğun olaraq etibarnamə əsasında mülkiyyətçi ona məxsus olan daşınmaz əmlaka dair yalnız müəyyən hərəkətlərin həyata keçirilməsini digər şəxsə həvalə edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, əmlakın özgəninkiləşdirilməsi, yəni ona mülkiyyət hüququnun başqasının adına qeydə alınması bir qayda olaraq notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında həyata keçirilir. Burada ilk növbədə alqı-satqı və bağışlama müqavilələri nəzərdə tutulur.

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 (otuz) manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 (əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

Daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin büdcəsinə xidmət haqqının da ödənilməsi nəzərdə tutulub.

Ərazi idarələri tərəfindən göstərilən xidmətlərin (reyestrdən çıxarış, torpaq sahələrinin plan və ölçüsü, yüklülüyün, icarə və istifadə hüquqlarının qeydiyyata alınması və digər nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar əlavə göstərilən xidmətlər üçün) dəyərinin hesablanması Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq aparılır.

 

Daşınmaz əmlaka hüquqların qeydiyyatı və arayışların verilməsi üçün dövlət rüsumunun məbləği

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 (otuz) manat, 26.1.2-ci maddəsinə görə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 (əlli) manat  dövlət rüsumunun  ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, dövlət reyestrindən arayışın verilməsi üçün 10 manat dövlət rüsumu ödənilməlidir.

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.

 

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun həyat yoldaşının (ərin və ya arvadının) adına keçirilməsi və bunun üçün tələb olunan dövlət rüsumu

Vətəndaşa məxsus olan əmlak üzərində mülkiyyət hüququnun onun həyat yoldaşına keçməsi üçün ilk növbədə ərin (arvadın) adında olan evin təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onun məhdudlaşdırılmasına dair arayış (Forma-1) alınmalıdır. Arayış Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi tərəfindən verilir. “Dövlət rüsumu haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən Dövlət reyestrindən arayışın verilməsinə görə 10 manat dövlət rüsumu, eləcə də, Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiqlənmiş tariflərə əsasən əmlakın ümumi sahəsinə uyğun olaraq xidmət haqqı ödəməlisiniz. Arayış alındıqdan sonra notariat qaydasında təsdiq edilmiş əqd (məsələn, alqı-satqı, bağışlama və s.) əsasında evin həyat yoldaşının (ərin və ya arvadının) adına rəsmiləşdirilməsi üçün “Dövlət rüsumu haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən çıxarışın verilməsi məqsədilə 30 manat, texniki pasportun verilməsi məqsədilə 50 manat dövlət rüsumu və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiqlənmiş tariflərə əsasən əmlakınızın ümumi sahəsinə uyğun olaraq xidmət haqqı ödənilməlidir.

 

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının faydaları

- daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığının dövlət tərəfindən təmin edilməsi.

- daşınmaz əmlakın qanuni mülkiyyətçisi olması.

- daşınmaz əmlakı ipoteka qoymaqla kredit əldə etmək imkanının yaranması.

- əmlakla bağlı gələcək problemlərdən sığortalanması.

- mülkiyyətçinin daşınmaz əmlak bazarının iştirakçısına çevrilməsi.

- bədbəxt hadisə, təbii fəlakət və sair fövqəladə hal baş verəcəyi təqdirdə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı dövlət qayğısının təmin olunması.

 

Köhnə sənəd hesab olunan qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəz edilməsi

Qeydiyyat vəsiqəsinin dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün həmin qeydiyyat vəsiqəsinin şəxsiyyəti təsdiq edən sənədlə və ərizə ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməsi zəruridir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.

Lakin yeni texniki pasportun tərtib edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2-ci maddəsinə əsasən, qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır.

 

Daşınmaz əmlak üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.

 

Mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması

Mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və ya həmin İdarənin Xətai rayon şöbəsinə təqdim edilməlidir:

-          ərizə

-          notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi

-          bina mənzil-tikinti kooperativi (MTK) tərəfindən inşa olunubsa, Sizin kooperativin üzvləri sırasına qəbul olunmağınız barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış

-          kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı

-          binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı

-          şəxsiyyəti təsdiq edən sənəd (hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, notariat qaydasında təsdiqlənmiş etibarnamə də əlavə edilməlidir).

 - dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 

Tikili və həyətyanı sahənin özəlləşdirilməsi üçün tələb olunan sənədlər

Tikili və həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:

-          ərizə

-          tikilinin yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənədlər

-          tikilinin qanuni əsaslarla əldə edilməsini və ya qanunvericiliklə müəyyən edilmiş qaydada inşa edilməsini təsdiq edən sənədlər

-          şəxsiyyəti təsdiq edən sənəd (hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, notariat qaydasında təsdiqlənmiş etibarnamə də əlavə edilməlidir).

-          dövlət rüsumunun ödənilməsi barədə qəbz

 

Mənzil-tikinti kooperativi (MTK) tərəfindən inşa edilmiş binada yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması

Mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş binada yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər tələb olunur:

-          ərizə

-          ərizəçinin MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış

-          kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı

-          notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi

-          binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı

-          ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd

-          dövlət rüsumunun ödənilməsi barədə qəbz

01 oktyabr 2009-cu il tarixdən etibarən mənzillərə orderlərin verilməsi dayandırılıb.

 

Bağışlama yolu ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun digər şəxsə keçməsi

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır.

Həmin Məcəllənin 668.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab olunur.

Qeyd olunanlar nəzərə alınmaqla daşınmaz əmlak notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi əsasında digər şəxsə bağışlana bilər. Digər şəxsin mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində qeydiyyata alınacaqdır.