"Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda

   Beynəlxalq Konfrans  

  29 noyabr 2017-ci il, Bakı şəhəri  

 

Giriş
Qeydiyyat
Tədbirin yeri
Proqram
Təqdimatlar
İştirakçılar
Əlaqə

Giriş

"Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda 29 noyabr 2017-ci il tarixində Bakı şəhərində keçiriləcək Beynəlxalq Konfransla bağlı yaradılmış qeydiyyat səhifəsinə xoş gəlmisiniz. 

Konfrans Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilir. Konfransın əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və onların özəlləşdirmə prosesinə cəlb edilməsidir.

Konfrans bir sıra ölkələrin özəlləşdirmə təcrübələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik olacaqdır. Konfransda iştirak pulsuzdur. Konfrans ingilis dilində keçirilməklə rus və Azərbaycan dillərinə və əksinə sinxron tərcümə ilə təmin ediləcəkdir. Konfransda iştirakla bağlı qeydiyyatdan keçmək üçün solda yerləşən Menyunun Qeydiyyat bölməsinə daxil olun.