Elektron XHF

Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasının elektron formada təqdim edilməsi

Xüsusi Hesabat Formasının(XHF) yığılma qaydaları

Hesabatın doldurulması qaydalarını daha ətraflı bilmək üçün Metodik tövsiyyələrhesabat formasına baxa bilərsiniz
XHF-da işləmək üçün əvvəlcə sizə verilmiş müəssisənin registr kodu və şifrəni daxil edin.
Müəssisəniz tərəfindən indiyə kimi daxil olunmuş hesabatların siyahısını görəcəksiniz. Lazımi hesabatı seçib daxiletməni davam edə bilərsiniz. Hesabatı təsdiq edənə qədər daxiletməni davam etmək olar
"Yeni hesabat" linkini seçib yeni hesabatın daxil olunmasına başlaya bilərsiniz. Bu zaman nəzrə alın ki, eyni hesabat ili üzrə yalnız bir Xüsusi Hesabat Forması yaratmaq mümkündür.
Xüsusi Hesabat Formasını yığmaq üçün müəssisənin məlumatlarını formadakı uyğun bölmələrdəki uyğun xanalara yığmaq lazımdır. Bəzi məlumatları (Giriş "Hüquqi şəxs statuslu struktur bölmələrinin, filial və nümayəndəliklərinin adı və ünvanı", Bölmə1 "3. Müəssisənin əsas fəaliyyət növü üzrə hesabat ilində istehsal etdiyi məhsulların (işlərin, xidmətlərin) həcmi", Bölmə3 "9.Borclara görə müəssisənin əmlakının siyahıya alınması və hərraclarda satışı haqqmda məlumat", Bölmə3 "10. Hesabat ili ərzində sığortalanmış əmlakın dəyəri haqqında məlumat" və Bölmə7 olan cədvəllər) formaya cədvəl şəklində yığmaq lazımdır. Cədvəl formasında yığmaq üçün məlumatlar cədvəlin aşağısındakı sətirə yığıb sətrin sağındakı "Əlavə et" düyməsini basaraq cədvələ əlavə edilir. Cədvəlin hər bir sətirini sağdakı müvafiq düymələrlə redaktə etmək və silmək olar.
Hər bir bölməni tam yığdıqdan sonra "Yadda saxla" düyməsini sıxmaq lazımdır.
Məlumatları daxil edərkən bəzi xanaların sağında və ya altında müqayisə üçün rəqəmlər görsənir. Bu rəqəmlərlə xanadakı rəqəmlərin müqyisəsi doğru olmadıqda Səhv yaranacaq.
Daxil edilən məlumatlarda səhv olduğu halda yadda saxlama aparılmayacaq, "Zəhmət olmasa formanı düzgün doldurun." sözləri yazılacaq və səhv xana qırmızı çərçivədə göstəriləcək.
Xüsusi Hesabat Forması üzrə məlumatların daxil edilməsi başa çatdıqdan sonra onu təsdiq edin.
Xüsusi Hesabat Forması təsdiq ediləməyə qədər bitmiş hesab olunmur və onun üzərində dəyişiklik aparmaq mümkün olacaqdır.
Müvafiq il üzrə Xüsusi Hesabat Forması təsdiq edildiyi halda o avtomatik olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmiş hesab ediləcək və onun üzərində hər hansı redaktə işlərinin aparılması mümkün olmayacaqdır. Təsdiq edilmiş hesabat formalarına baxmaq və onu çap etmək imkanı isə hər zaman mövcud olacaqdır.
Təsdiq olunmuş Xüsusi Hesabat Forması haqqənda bildiriş çap etmək üçün Hesabatların ümumi siyahısında təsdiq olunmuş XHF-in qarşısında "Bildiriş" linkini seçmək lazımdır.
Əməliyyatları aparmaq üçün kompyuterinizdə Internet Explorer və PDF reader (misal üçün Adobe Acrobat Reader) olmalıdır