Açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışının keçirilməsi haqqında E L A N

Səhmdar cəmiyyətinin adı

Özəlləşdirməyə qədər müəssisənin tabeçiliyi və adı

Hüquqi ünvanı

Nizamnamə kapitalının həcmi

(manat)

Buraxılmış səhmlərin ümumi sayı

(ədəd)

Güzəştli satışa çıxarılmış səhmlərin sayı (ədəd)

Bir səhmin nominal qiyməti (manat)

1

Varvara Balıq

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeliyində olan Varvara Balıqartırma və Balıqyetişdirmə Zavodu

Yevlax rayonu, Varvara kəndi

3018000,00

1509000

226350

2,00

 


Qeyd:

Siyahıda adı göstərilən səhmdar cəmiyyətin özəlləşdirmə komissiyası əmək kollektivinə güzəştli satışın başlandığını elan edir.

Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:

  • əsas iş yeri həmin müəssisə sayılan işçilər;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
  • özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
  • 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.

Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 11 fevral – 07 mart 2019-cu il tarixinə kimi qəbul edilir.

Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.

Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 07 mart 2019-cu il tarixdə müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim edilməlidir.

Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.

Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?